İtaliyada yeni növ koronavirus səbəbiylə ölənlərin sayı son sutkada 243 nəfər artaraq 30 min 201-ə yüksəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyada COVID-19-ın baş verməsi ilə bağlı ən son məlumat Mülki Müdafiədən edilən yazılı açıqlamada açıqlanıb.
Açıqlamaya görə, bu günə qədər COVID-19 pandemiyasına yoluxanların sayı 217 min 185 olmuşdur. Sağalmışların sayı son sutkada 2747 artaraq 99 min 23-ə çatıb.
Beləliklə, İtaliya , ABŞ və İngiltərədən sonra COVID-19 pandemiyasından daha çox isanın həyatını itirən üçüncü ölkə oub.