Argentinada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 24-dək uzadılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədəə  ölkə prezidenti Alberto Fernandes deyib.

Beləliklə, Argentinada, şənbə və bazar günləri uşaqlarla gəzməyə çıxmağa icazə veriləcək. Ölkənin digər bölgələrində də müntəzəm yumşaltma tədbirləri həyata keçiriləcək. Xüsusilə, müəyyən istehsal və ticarət obyektləri açılacaq.

Qeyd edək ki, Argentinada koronavirus pandemiyasına  yoluxanların sayı 5 min 611 nəfərə, ölənlərin sayı isə 293-ə çatıb.