Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qida Təhlükəsizliyi və Zoonoz Mütəxəssisi Peter Ben Embarek, video konfrans üsulu ilə təşkil edilən mətbuat konfransında, COVID-19-un heyvanlarla əlaqəsi ilə bağlı daha çox araşdırma tələbinin olunduğunu vurğulayıb. 

Unikal.org məlumat verir ki, mütəxəssis Peter Ben Embarek,həmçinin də,  Çinin Uhan şəhərində dəniz məhsulları bazarı pandemiyanın başlanğıcında böyük rol oynadığını qeyd edib.

Embarek, virusun başlanğıc nöqtəsinin Uhandakı bazar yeri ola biləcəyini və ya bazar yerində və ətrafında təsadüfən aşkarlandığını da bildirib.

COVID-19 mənbəyinin yarasalar olduğunu izah edən Embarek, “Bəlkə heyvanlar əvvəlcə bu virusu bazara gətirdilər və ya əvvəllər yoluxmuş insanlar bu bazar məkanını ziyarət etdilər” deyə ifadə edib. 

Heyvandarlıq bazarlarının dünyada milyonlarla insanı qida və dolanışıq ilə təmin etmək baxımından kritik olduğunu bildirən Embarek, hakimiyyəti belə yerləri bağlamaq əvəzinə yaxşılaşdırmağa çağırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo, COVID-19-un Uhandakı bir laboratoriyandan sızdığı ilə bağlı iddialar bildiriblər.

Tramp, virusun Uhandakı bir laboratoriyadan çıxdığına dair dəlilləri gördüyünü, ancaq bu anda təfərrüatları paylaşa bilmədiyini izah edərək, Pompeo, “Çinin işlədikləri standartlardan aşağı laboratoriyalarla dünyaya yoluxma tarixçəsi var. Deyə bilərəm ki, sübutlar çoxdur “ deyə açıqlama verib.

Çin hökuməti, virusun Uhandakı bir laboratoriyada istehsal edildiyi iddialarını rədd edərək, məsələnin siyasiləşdiyini bildirib.