Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda - 495 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 8476 nəfərə çatdığı qeyd olunub.

Mayın 8-də COVID-19 virusundan 21 nəfər ölüb, həyatını itirənlərin ümumi sayı 503 nəfərə çatıb. Xəstəlikdən, ümumilikdə, 1945 pasiyent tam müalicə olunub.

Misirin Səhiyyə naziri Halə Zayid əhalini tibbi maskalardan və əlcəklərdən istifadə etməyə çağırıb. O, əlavə edib ki, son sutkada 3650 nəfər koronavirusla bağlı nazirliyin “qaynar xətti”nə müraciət edib.