Türkiyədə yolda gedən 13 yaşlı qıza təcavüz edən və qaçırmağa çalışan 3 nəfər polis tərəfindən saxlanılıb. 

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki,  İstanbulun Arnavutköy şəhərində yolda gedən 13 yaşlı qıza təcavüz və qaçırmaq istədiyi iddia edilən 3 nəfər, ərazidə olan dükan sahibləri tərəfindən tutulub və polisə təhvil verilib.

Hadisəni törədən şübhəlilərinin tutulma anı kameraya əks olunub.  İddiaya görə, yaşı 18-dən aşağı olan üç nəfərin olduğu avtomobil bazardan qayıdan və evə gedən 13 yaşlı qızın yanında dayanıb. Daha sonra şübhəli şəxslər, 13 yaşlı qıza təcavüzə zorlsayaraq, zorla avtomobilə aparmağa çalışıblar.

Qızın qışqırıq  səsini eşidən dükan sahibləri, tez zamanda əraziyə gəlib, şəxsləri tutaraq, döyüblər. Əraziyə polis qrupları sövq edilib. Polislər, yaşı 18-dən aşağı olan yeniyetmələrin həbs edərək,  bölməyə aparıb. Barələrində cinayət işi açılıb.

 

.