Almaniyada ötən sutkada koronavirus pandemiyasına yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunub. 

Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Belə ki, Almaniyada son sutkada  1 251 nəfərə koronavirus diaqnozu qoyulub.  Bununla da, qeydə alınan yoluxma hallarının sayı 168 min  551-ə yüksəlib. 

Qeyd edək ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 103 nəfər artaraq 7 min 369-a çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 143 mini ötüb.

Ən çox yoluxma halı Bavariyada (44 169) qeydə alınıb. Paytaxt Berlində 6 242 nəfərin testi müsbət nəticələnib