Türkiyənin Bilecik ərazisində komendant saatı tətbiqinə baxmayaraq, küçədə olan 2 azərbaycanlı gənc cərimələnib.
Unikal.org xəbər verir ki, Biləcik mərkəzində Teyfikbey küçəsindəki patrul xidməti edən keşikçilər, koronavirusu (Covit-19) tədbirləri çərçivəsində qadağan olunmuş komendant saatına baxmayaraq, küçədə olan azərbaycanlı 2 gəncə 392 lirə məbləğində inzibati cərimə tətbiq ediblər.
Digər tərəfdən, 2 gənc azərbaycanlının Bilecik Şeyh Edebali Universitetində tələbə olduğu və pul almaq üçün banka getdiyi öyrənilib.