ABŞ-ın Cənubi Karolina ştatında bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki,  amerikalı 58 yaşlı Cynthia Covert adlı qadın,  gölməçədəki timsahla şəkil çəkdirmək istəyərkən həyatından olub.

Belə ki, 58 yaşlı qadının timsaha yaxınlaşaraq, onunla şəkil şəkdirmək istəyib. Daha sonra timsah qadına hücum edərək, qadını gölə sürükləyib.

Hadisə yerinə gələn polis əməkdaşları və yanğınsöndürənlər, 10-15 dəqiqə Covertin cansız bədəninin axtarışında olublar. Axtarış nəticəsində tapılan qadının cəsədini buraxmayan  timsah silahla vurulub. 

Polis, qadının ayağını buraxması üçün heyvana 9 mm tapança ilə atəş edib. Yalnız timsah öldükdən sonra qadının cansız bədənini göldən çıxarda biliblər.

Cansız bədəni sahilə gətirilərkən Covertin ayağı ciddi şəkildə zədələnib, ancaq polislərin ilkin açıqlamasında qadının boğularaq öldüyünü təyin ediblər.

Qeyd edək ki,  Cənubi Karolina Təbii Qaynaqlar Departamentinin məlumatına görə, Covert,  ştatda timsah hücumu ilə ölən üçüncü şəxs olub.