Argentinada  yaşayan 17 yaşlı Lara Sanson adlı qızın başına bədbəxt hadisə gəlib.

Unikal.org xəbər verir ki,  17 yaşlı Lara Sanson rəfiqəsinin iti ilə şəkil çəkdirmək istəyib. 

Belə ki, Alman çoban iti ilə bir neçə şəkil çəkdirən gənc qız itin hücumuna məruz qalıb.  Gənc qız, itin üzünün dişləməsi  ilə xəstəxanya aparılıb. 

Hadisə anının görüntülərini “Twitter”də paylaşan Sanson, üzündə tam 40 tikiş vurulduğunu da qeyd edib.