Rusiyada son sutka ərzində daha 10 817 nəfər koronavirusa yoluxub.

Unikal.org Rusiyanın Səhiyyə Nazirliyinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVİD-19-a yoluxanların sayı 198 676 nəfərə çatıb.

Son sutka ərzində 104 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1827-ə çatıb. Sağalanların sayı 31 916 nəfərdir. 

Ukraynada son sutkada 515 nəfər koronavirusa yoluxub. Ukraynada koronavirusa yoluxanların sayı 14 min 710 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 15 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 375 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2909 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.