İspaniyada ötən sutka ərzində  koronavirus pandemiyasına yoluxanların və ölənlərin sayı artıb.

Unikal.org xəbər verir ki, son sutka ərzində daha 179 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 min  478-ə çatıb. Sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı daha 721 nəfər artıb. 

Belə ki, ölkədə virus daşyıcılarının sayı 222 min 857 nəfərdən 223 min 578-ə yüksəlib.