Hollandiyada yeni koronavirus (COVID-19) pandemiyasına yoluxanların və ölənlərin sayında artım müşahidə olunub. 

Unikal.org istinadən xəbər verir ki, Hollandiya Səhiyyə Nazirliyi ilə əlaqəli Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) COVID-19 haqqında məlumatda, ölənlərin sayının son 24 saatda 63 artaraq 5 422-ə,  yoluxma sayının 289 artaraq 42 min 382-yə çatdığını bildirib.

Müvafiq olaraq, ölkənin xəstəxanalarında müalicə olunan COVID-19 xəstələrinin sayı son 24 saatda 58 artaraq 11 min  285-ə çatdığı qeyd olunub.