Litvada An-2 təyyarəsi qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Vilnüs polis komissarlığının nümayəndəsi Yuliya Samorokovskaya açıqlayıb.
Onun sözlərinə görə, qəza nəticəsində təyyərədə olan iki nəfər həlak olub: "Vilnüs rayonunda qəza yerində həkimlər təyyarədə olan iki nəfərin ölümünü qeydə alıblar".
Qəzanın səbəbi barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.