Türkiyədə son 24 saat ərzində daha 50 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Unikal.org-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 min  739 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 546 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 137  min 115 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 89 min  480 nəfər təşkil edir.