Polşada koronavirusdan ölənlərin və yoluxanların sayında artım müşahidə olunub.
Unikal.org xəbər verir ki, Polşa Səhiyyə Nazirliyi açıqlamasında, son sutkada 144 yoluxma, 1 ölüm faktı qeydə alınıb. Bununla da, ölənlərin sayı 777-yə çatıb.
Beləliklə, yoluxanların sayı isə 15 min 510-ə yüksəlib. Açıqlamada, həmçinin də, 102 min 996 nəfər karantin altında olduğu bildirilib. İndiyədək 5 min 437 pasiyent sağalaraq evə buraxılıb.