İtaliyada koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 194 nəfər artaraq 30 min 395-ə çatıb.

Unikal.org xəbər verir ki, İtaliyada iki aydan çox davam edən COVID-19 püskürməsi ilə bağlı ən son məlumat Mülki Müdafiə agentliyindən edilən yazılı açıqlamada, ölkədə aktiv yoluxanların  sayı 3 min 119 azalaraq 84 min 842-ə düşüb. Bu günə qədər COVID-19 pandemiyasına yoluxanların sayı 218 min  268 olub. Sağalan  insanların sayı 4 min 8 artaraq 103 min 31-ə çatıb.

Həmçinin də, COVID-19-dan ölənlərin sayı son 24 saatda 194 nəfər artaraq 30 min 395-ə çatıb. Reanimasiyada müalicə alanların sayının azalması bu gün də davam edib. Dünən 1168 olan sayı bu gün 1034-ə düşüb. 

Qeyd edək ki, bu günə qədər ölkə daxilində 2 milyon 514 min 234 insanda koronavirus testi keçirilib. Bildirək ki, İtaliyada epidemiyadan ən çox təsirlənən bölgə Lombardiyada son 24 saatda 85 nəfər həyatını itirib.