Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi məlumat yayıb.

Mətbuat katibinin bildirdiyinə görə, Nazarbayev Putinlə  koronavirus epidemiyasının iqtisadiyyata təsirini müzakirə edib. Həmçinin koronavirusun və onun yol açdığı iqtisadi böhranın aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə danışıqlar aparıblar.

Bundan başqa, Nazarbayevin Putini Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik etdiyi qeyd edilib.