Efiopiyada güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar və torpaq sürüşmələri nəticəsində son 24 saat ərzində azı 12 nəfər həlak olub.
Bildirilir ki, daha 5 nəfər itkin düşüb, onların axtarışları davam etdirilir. Ölkənin rayonlarından birində torpaq sürüşməsi nəticəsində 6 yaşayış evi dağılıb.
Fövqəladə vəziyyətlər üzrə Milli İdarənin komissarının müavini Damene Darota bildirib ki, hazırda 19 min insan təhlükə zonasındadır: "Böyük əraziləri su basma riski artır. İntensiv yağışlar davam edir” deyə şərh edib.