Rusiyanın paytaxtı Moskvanın şimalında Vuçetiç küçəsində yerləşən 50 nömrəli şəhər klinik xəstəxanasında yanğın olub.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə  xəstəxananın altımərtəbəli korpusunun birinci mərtəbəsində baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyindən mətbuata ki, təxminən 20 kvadratmetr ərazidə baş verən yanğın zamanı 1 nəfər həlak olub.

Təhlükəsizlik məqsədilə 200 nəfərdən çox insan həmin binadan təxliyə edilib.

Həmçinin qeyd edilib ki, tibb müəssisəsindəki xəstələri arasında koronavirusa yoluxanlar da var.