Çində son sutka ərzində daha 14 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org "İnterfaks"a istinadən xəbər verir ki, yoluxma hallarından 12-si ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 901 nəfərə, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir.