Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) bütün dünyada insanların ölümünə səbəb olmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən istehsalçı firmalar müxtəlif üsullara əl atırlar. Kolumbiyada istifadə olunan üsul isə koronavirusun insanlarda yaratdığı çarəsizliyi nümayiş etdirir.

Belə ki, sözü gedən ölkənin xəstəxanalarında tabuta dönüşə bilən yataqlardan istifadə olunur. Maksimum 150 kiloqram ağırlığında olan insanlar üçün nəzərdə tutulan bu yatağın qiyməti 85 dollar (145 manat) olacaq. 

Qeyd edək ki, Kolumbiyada bu günə qədər 9 500 nəfər koronavirusa yoluxub, onlardan 420-si dünyasını dəyişib.