Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 9 yeni yoluxma halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə yoluxanların sayı 635 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 4717 nəfər karantində saxlanılır, 452 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 309-u sağalıb, 10-u isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.