Koronavirusun yayılması təhlükəsi səbəbindən dünya ölkələrinin əksəriyyətində karantin qaydaları tətbiq edilir.

Unikal.org xəbər verir ki, bu dəfə Malayziyada qismən küçəyə çıxmaq qadağası iyun ayının 9-na qədər uzadılıb. Qeyd edək ki, sözü gedən ölkədə 18 mart tarixindən etibarən insanların lüzumsuz yerə evdən çıxmaları qadağan edilib.