Rusiyada koronavirusa yoluxanların sayı artmağa davam edir.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə daha 11 012 nəfərin virusa yoluxduğu aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 209 688-ə çatıb.

Eyni zamanda bir gün ərzində koronavirusa yoluxan daha 88 nəfər dünyasını dəyişib. Beləlikl, Rusiyada pandemiya qurbanlarının sayı 1 915-ə yüksəlib.