Çinin Uhan şəhərində meydana gələn koronavirusla bağlı müxtəlif iddialar ortaya atılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyası dekabr ayında aşkarlanıb. Yayılan iddialara görə, Çin prezidenti Si Tsinpis koronavirusun meydana gəldiyi ilk günlərdə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanoma zəng edərək onu təhdid edib.

Belə ki, ölkə lideri ona koronavirusun "insandan insana keçmədiyi" fikirini deməsi üçün hədə-qorxu gəlib.