Uqandanın paytaxtı Kampala şəhərində tikilməkdə olan 3 mərtəbəli binanın çökməsi nəticəsində 9 nəfər ölüb.

Unikal.org xəbər verir ki, Kampala polisinin sözçüsünün müavini Luke Ovoyesigyere, yerli mətbuata açıqlamasında, Kampalanın Lukuli-Nanganda bölgəsində inşa edilən 3 mərtəbəli binanın çökdüyünü söyləyib. 

Dağıntı altında 9 nəfərin cəsədinin əldə edildiyini bildirən Ovoyesigyere, çox sayda insanın dağıntı altında olması və hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Ovoyesigyere ölənlərin sayının artmasından narahat olduğunu vurğulayıb.