“Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, bank sektorunda tam yoxlama aparmayıb”.
Unikal.org xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”, - deyə o, qeyd edib.