“2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunub.
Unikal.org xəbər verir ki, mayın 15-də 2019-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi, müvafiq hesabat və 2018-2019-cu illər üzrə dövlət büdcəsinin icrasına dair müqayisəli məlumatlar Maliyyə Nazirliyinin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb.