Azərbaycanda tibb işçisi koronavirusdan vəfat edib.
Unikal.org xəbər verir ki, Gəncə 3 nömrəli Təcili Tibbi Yardım xəstəxanasının həkimi Cəmşid Abbasov vəfat edib.
Bir müddət əvvəl koronavirusa yoluxan və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilən Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.