Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclasında iştirak edib. Videokonfrans formatında keçirilən iclasa, həmçinin Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksəksəviyyəli şəxsləri qatılıblar.

İqtisadiyyat Nazirliyindən Unikal.org-a bildirilib ki, Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstəyin verilməsidir.

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlılığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun birinci iclası aprelin 30-da keçirilib.