2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Azərbaycan Energetika Nazirliyindən Unikal.org-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.