Bakıda ağır yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nəsimi rayonu, S.Əsgərov küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan “Hyundai” markalı avtomobil Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü A.Hüseynovu vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.