Rusiyanın “Bad Balance” rep qrupunun keçmiş üzvü Roman Alekseyev öz mənzilində baş verən yanğın zamanı həyatını itirib.

Unikal.org xəbər verir ki, hadisə mayın 23-də Sankt-Peterburqun Vıborq rayonunda olub.

Bu barədə qrupun təsisçisi Vlad Valov İnstaqram səhifəsində məlumat verib.

O bildirib ki, 43 yaşlı repçi ilə birlikdə anası Lyudmila da həlak olub.