Rusiyanın Sankt-Peterburq şəhərində bir qrup gənc “Əbədi Məşəl” abidəsinin üzərində kabab bişirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə mayın 24-ü gecə saatlarında baş verib.
Görüntülər ərazidəki müşahidə kameralarında əks olunub. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, onların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Hadisəni törədənlərə qarşı cinayət işi açılacağı gözlənilir.
Qeyd edək ki, “Fəhlə və matros məzarları üzərində əbədi məşəl” abidəsi Sankt-Peterburq yaxınlığındakı Kronştadt şəhərində yerləşir.