Türkiyəli məşhur müğənni Murad Dalkılıç və aktrisa Hande Ərçəl evlənmək qərarına gəliblər.
Unikal.org xəbər verir ki, 3 ildir sevgili olan məşhurlar iyulun ikinci həftəsində İstanbuldakı nikah masasına oturacağını bildiriblər.
Belə ki, Murad Dalkılıç və Hande Ərçel cütlüyü iyul ayında sadə bir toy mərasimi edəcəyini qeyd ediblər.
Bildirək ki, cütlüyün toy yeri hazırda İstanbul kimi planlaşdırılır. Lakin, səssiz bir mərasim istəməyən Hande, bacısı Qamzə Ərçəlin evinin bağçasında qeyd etməyi planlaşdırır.