ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları Avropaya da sıçrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar Avropa İttifaqının və Belçikanın paytaxtı olan Brüsseldə də olub. Aksiyalar zamanı məşhur mağazalara hücum edilib, şüşələri sındırılıb.
Həmçinin şəhərin mərkəzi küçələrində yerləşən zibil qabları yandırılıb.