İstanbulun Maltəpə rayonunda baş verən yol qəzası zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, adları çəkilməyən azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi yük avtomobilinin Azərbaycan vətəndaşları olan sürücüsünün idarəetməni itirməsi olub.

Bildirilir ki, xəsarət alanların vəziyyəti normaldır.