ABŞ-ın 35-ci prezidenti Con Kennedinin bacısı vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə onun qızı Kim məlumat verib.

Cin Kennedi Smitin Nyu-Yorkda yaşadığı evdə, 92 yaşında həyatını itirdiyi bildirilir.

Jozef və Rouz Kennedinin doqquz övladından biri olan Cin Smit Kennedi bacı-qardaşları ilə birgə yaşayıb.

O, 1993-1998-ci illərdə ABŞ-ın İrlandiyadakı səfiri olub. Qəzetin yazdığına görə, 1998-ci ilin aprelində Şimali İrlandiyada münaqişənin siyasi həllinə dair “Belfast Sazişi”nin imzalanmasında rolu olub.