Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Mərkəzi Gömrük Hospitalında yoxlamadan keçdikdən sonra icra başçısının nəticəsi pozitiv çıxıb. Hazırda xəstəxanada müalicə alır.
Qeyd edək ki, Məhərrəm Quliyev Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilib.
Orxan Həsənli