Maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevi sərt tənqid edib.

Unikal.org xəbər verir ki, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib: “O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.

Qeyd edək ki, Q.Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, "Youtube"də videoya baxıb və orada ikinci qrup əlilin müavinətinin neçə ildən sonra kəsildiyini görüb.