Rusiyada son sutkada koronavirus infeksiyasından ölənlərin və yoluxanların sayında artım müşahidə olunub.
Unikal.org xəbər verir ki, ölkədə son 24 saat ərzində ölənlərin sayı 181 nəfər artaraq 7 min 841-ə, 1000-dən çox yoluxma halı ilə ümumi yoluxanların sayı 569 min 63-ə yüksəlib.
Pandemiya tədbirlərinin yumşadıldığı paytaxt Moskvada yoluxanların sayı 1 136 artaraq 211 min 921, ölənlərin sayı 48 nəfər artaraq 3 min 531-ə çatıb.