Aralıq dənizinin Yunanıstan sahillərinə yaxın ərazidə 5,0 bal gücündə zəlzələ olub.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Bildirilib ki, yeraltı təkanlar ölkənin cənubunda, Yunanıstanın Nea-Anadolu yaşayış məntəqəsi adlandırdığı ərazidən 80 km aralı baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat yayılmayıb.