“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna həkimlərin həyat sığortası ilə bağlı müddəanın daxil edilməsi vacibdir”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildiib ki, bu təkliflə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinə layihə təqdim edib.
Daha sonra məsələ barədə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, həmin layihə aidiyyəti şöbəyə yönləndirilib: “Həmin şöbə tərəfindən bu qanun layihəsinin qəbulu məqsədəuyğun sayılsa, növbəti iclasların birində müzakirəyə təqdim ediləcək”.