Azərbaycanın boks üzrə milli komandasının "milliləşdirilmiş" üzvləri  Lorenso Sotomayor, Alfonso Domniqes və Osnay Bencomonun paytaxt çimərliklərininin birində əyləncə görüntüləri yayılıb. 

Unikal.org-un məlumatına görə, onlar ölkədə sərt karantin rejiminin elan olunduğu vaxt dəniz kənarında spirtli içki qəbul edərək əyləniblər.

Kubalı idmançıların yanında həmyerliləri "Neftçi"nin sabiq üzvü Gerye və həyat yoldaşı da olub. Hər üç boksçu "Qəbələ" klubunun idmançılarıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı sərt karantin tətbiq olunan ərazilərdə çimərliyə getməyin qadağan olduğunu demişdi.

Qeyd edək ki, bu gündən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin tətbiq edilir.

Murad İbrahimli