Türkiyənin paytaxtı Ankara şəhərində tıxacda dalaşan və 3 nəfəri 30 saniyəyə yerə sərən şəxsin kikboksçu olduğu üzə çıxıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, axşam saatlarında evinə qayıdan Ümit Ö. tıxacda sürücünün zorakılığına məruz qalıb. Hələ ki, şəxsiyyəti məlum olmayan 3 nəfər tərəfindən qarşısı kəsilərək hücuma məruz qalan Ümit Ö., hadisə yerindən uzaqlaşıb.
Ancaq həmin 3 nəfər Ümit Ö-ü izləyərək evinin önündə yenidən hücum ediblər. Davaya qarşılıq verən Ümit Ö., həmin şəxsləri təpik-yumruq zərbələri ilə 30 saniyə ərzində yerə sərib.
Məhəllə sakinlərinin müdaxiləsindən sonra dava başa çatıb. Sözügedən 3 nəfər avtomobillərinə minərək ərazidən qaçıblar.