Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi və mal-mülkünün müsadirə olunması barədə hökm çıxarıb.

Unikal.org xəbər verir ki, bu barədə Qırğız Respublikasının KİV-i məlumat yayıb.

Ə.Batukayev 2006-cı ilin avqust ayında bir sıra ağır və xüsusi ağır cinayət törətməkdə təqsirli bilinərək 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, Almazbek Atambayev 2011-ci il dekabrın 1-dən 2017-ci il noyabrın 24-dək Qırğız Respublikasının prezidenti olub.