ABŞ-da son sutkada COVID-19-a 31 012 nəfər yoluxub, 425 nəfər ölüb.

Unikal.org xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, beləliklə, ölkədə yeni koronavirusa yoluxanların ümumi sayı 2 312 302 nəfərdir. Bunlardan 120 mindən çoxu ölüb, 640 mindən çoxu isə sağalıb.

Xatırladaq ki, ABŞ koronavirusa yoluxanların, ölənlərin və sağalanların ümumi sayına görə böyük fərqlə birinci yerdədir.