Fransanın paytaxtı Parisin bələdiyyə sədri Ann İdalqonun koronavirus testi pozitiv çıxıb.
Unikal.org xəbər verir ki, şəhər meri COVID-19 testinin müsbət olduğunu, lakin heç bir simptom hiss etmədiyini deyib.
Qeyd edək ki, Fransada bu günədək 198 min 155 nəfər koronavirusa yoluxub, 29 min 663 xəstə dünyasını dəyişib.