İndoneziyanın Şimali Sulavesi əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, İndoneziya Meteoroloji İqlim və Geofizika Təşkilatı (BMKG), əyalətin mərkəzindən 42 kilometr cənub-qərbdə olan zəlzələnin yerin 94 kilometr dərinliyində qeydə alındığını açıqlayıb. 

Əyalətin  Manado, Bitung və Minahasa bölgələrində hiss edilən zəlzələdə həyat və can itkisinin olub-olmaması barədə məlumat verilməyib.