Ukraynada bu günədək koronavirus infeksiyasına yoluxanların sayı 38 074 nəfərə çatıb.

Unikal.org xəbər  verir ki, 1 035 nəfər həyatını itirib.

Son sutka ərzində ölkə ərazisində 833 yeni yoluxma, 23 ölüm faktı qeydə alınıb. 16 956 nəfər sağalıb, 20 083 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar elan edilmiş karantin müddəti iyulun 31-dək davam edəcək.